Avstriyada seçki başladı: Türkiyənin düşməni qalib gəlir
Bizi izləyin

Dünya

Avstriyada seçki başladı: Türkiyənin düşməni qalib gəlir

Avstriyada parlament seçkisinə start verilib.

Publika.azSputnik”agentliyinə istinadən xəbər verir ki, artıq ölkədəki bütün seçki məntəqələri açılıb. Seçkidə 16 partiyanın namizədlərinin iştirak etməsi nəzərdə tutulub. Seçkinin əsas favoriti hakim Avstriya Xalq Partiyası hesab edilir.

Qeyd edək ki, bu partiya qalib gələcəyi halda hazırkı Xarici İşlər naziri Sebastiyan Kurtsun kansler vəzifəsinə namizədliyini irəli sürəcək.

Sebastiyan Kurts Türkiyəyə qarşı sərt mövqeyi ilə seçilir. O, Ankara ilə Avropa Birliyi arasında danışıqların dayandırılmasının əsas tərəfdarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm