Putin: "Suveren dövlətlərin həyatına müdaxilə cəhdləri dünyada xaos yaradıb"
Bizi izləyin

Dünya

Putin: "Suveren dövlətlərin həyatına müdaxilə cəhdləri dünyada xaos yaradıb"

"Suveren dövlətlərin işinə xaricdən müdaxilə cəhdləri xaos yaradıb və artıq terrorçuluğun yayıldığı Yaxın Şərqdə sabitliyi pozub".

Publika.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin BMT-nin Parlamentlərarası İttifaqın Assambleyasının açılışında söyləyib.

O bildirib ki, indi dünyada inkişafın şablon modeli yoxdur:

"Bu ola da bilməz. BMT-nin Əsasnaməsində qeyd edilib. Hər bir dövlətin müqəddəratını özü müəyyən etmək məsləsində təbii və danılmaz hüququ var. Milli spesifikanı bilmədən suveren dövlətlərin həyatına müdaxilə cəhdləri yalnız xaosla nəticələnir. Bu cür müdaxilələr Yaxın Şərqdə və Şimali Afrikada sabitliyi pozub, bölgədə gərginliyi və terror təhlükəsini artırıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm