Somalidə partlayış qurbanlarının sayı 231 nəfərə çatdı (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Somalidə partlayış qurbanlarının sayı 231 nəfərə çatdı (YENİLƏNDİ)

Dünən Somalinin paytaxtı Moqadişoda “Safari” otelinin qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 231 nəfərə çatıb.

Bu barədə “Hürriyet” qəzeti Somali informasiya naziri Abdullah Ömərə istinadən məlumat yayıb.

Xəstəxanalarda 275 yaralı var.

***

Somalinin paytaxtı Moqadişuda partlayış nəticəsində ölənlərin sayı 189-a çatıb, 200-dən çox adam yaralanıb.

Partlayıcı ilə yüklənmiş yük maşını dünən paytaxtın Xodan rayonunda mehmanxana yaxınlığında partladılıb. Partlayışa görə məsuliyyəti hələ ki heç bir təşkilat üzərinə götürməyib.

Ölkədə 3 günlük matəm elan olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm