Saakaşvili ukraynalıları Maydana çağırdı
Bizi izləyin

Dünya

Saakaşvili ukraynalıları Maydana çağırdı

Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili ukraynalıları 17 oktyabrda Kiyevdə mitinqə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə siyasətçi Xarkovda vətəndaşlar qarşısında çıxışı zamanı bildirib.

“Gəlin 17 oktyabrda göstərək ki, Ukrayna yorulmayıb. Ukraynada intellekt mövcuddur. Mübarizə aparmağı bacaran insanlar Ukraynada var. Gəlin göstərək ki, Ukraynada qələbə əzmi hələ də var. Ukrayna onları və xarici düşmənlərini məğlub edəcək”, - Saakaşvili deyib.

Saakaşvili ukraynalılara layiq olduqları həyatı yaşayacaqlarına söz verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm