Dünya
31 yaşlı Sebastyan Kurts Avstriyanın yeni kansleri olacaq

Avstriyada keçirilən növbədənkənar parlament seçkiləri başa çatıb.
“Report” xəbər verir ki, ilkin nəticələrə görə, seçkilərdə ölkənin xarici işlər naziri, 31 yaşlı Sebastyan Kurtsun rəhbərlik etdiyi mühafizəkar əhval-ruhiyyəli Avstriya Xalq Partiyası (ANP) liderlik edir.
Partiya lideri indi Nazirlər Kabinetinin formalaşdırılması səlahiyyətinə sahib olacaq. Bundan əlavə, qələbə Kurtsa respublikanın kansleri postunu tutmaq imkanı verəcək.
Səslərin ilkin hesablanmasından sonra ANP 31,4% səs toplayaraq əhəmiyyətli fərqlə birinci yeri tutur ki, bu da parlamentdə 61 deputat mandatına iddia etmək hüququ verir. İkinci yerdə 27,4% səslə sağçı Avstriya Azadlıq Partiyası qərarlaşıb.

-
ABŞ13:25
Tramp pomidorun bahalaşmasına səbəb olacaq
-
Sosial12:55
Şərurlu İsfəndiyar oğlunun həbsindən danışdı
-
Dünya11:22
Zelenski Rusiyanı ittiham etdi: Pasxa atəşkəsini pozublar
-
Magazin110:24
Toyda yerə 200 min dollar səpiblər... - Əməkdar artist
-
İdman09:00
Qurban Qurbanov bu kluba yollana bilər
-
MDB08:12
Həştərxanda bağ evində DƏHŞƏT - 5 uşaq yanaraq öldü
-
Dünya06:16
Məşhur iş adamı Balidə itkin düşdü - FOTO
-
Magazin105:15
Həmin toyda müğənni də zəhərlənibmiş: “Ölümdən qayıtdım” - FOTO