Dünya
Kərkük boşaldılır - FOTO/VİDEO - (YENİLƏNDİ)
Kərkük sakinləri yaşanan xaos səbəbilə şəhəri tərk etməyə başlayıb.
ABŞ-ın işğalı dövründə türkmün şəhəri olan Kərkükün demoqrafik quruluşu dəyişdirilmişdi. Həmin dövrdə Kərkükə axın edən ailələr müharibə səbəbilə öz evlərini tərk edirlər.
Kürdistan Yurdsevərlər Birliyinə bağlı olan peşmərgələrin Kərkükün cənubundan çəkilməsi ilə birlikdə İraq ordusu və ona dəstək verən federal polis qüvvələri boşaldılan mövqelərə yerləşib. Zirehli avtomobillərlə əsas magistrallarda yoxlama məntəqələri təşkil edilib.
Bəzi kərküklü ailələr yaşanan xaosdan dolayı Ərbil və Süleymaniyyə doğru qaçmağa başlayıb.
***
İraq ordusunun dünən gecə peşmərgəyə qarşı başlatdığı
əməliyyat davam edir.
Publika.az xəbər verir ki, ordu son olaraq Kərkük hava
limanını ələ keçirib.
***
İraq ordusu Kərkükdə iki neft sahəsi və bir hərbi birləşməni nəzarəti altına alıb.
Publika.az xəbər verir ki, bu barədə ordunun rəsmiləri tərəfindən məlumat verilib.
Eyni zamanda, Peşmərgə Kərkükün cənubundakı mövqelərindən geri çəkilib. Peşmərgənin geri çəkilməsi xalq tərəfindən narazılığa səbəb olub.
***
İraqın təhlükəsizlik qüvvələri Kərkük şəhərinin mərkəzində əməliyyata başlayıb.
Publika.az xəbər verir ki, əməliyyat şəhərin mərkəzindəki “K 1” hərbi birləşməsi və neft quyularını Peşmərgənin əlindən almaq məqsədilə aparılıb.
Bu barədə İraq Kürd Muxtar Vilayətinin Təhlükəsizlik Agentliyi məlumat yayıb.
Bərzani ilə yaxın münasibətləri olduğu iddia edilən Kərkük qubernatoru Nəcməddin Kərim şəhəri təhlükəsizlik qüvvələrinə təslim etməyəcəklərini açıqlayıb. O, bütün xalqı küçələrə axışmağa çağırıb.
Əməliyyatdan qısa müddət sonra İraqın dövlət televiziyası ordu birləşmələrinin Kərkük bölgəsində geniş bir sahəni ələ keçirdiyini, kürd qüvvələri ilə hər hansı bir qarşıdurma yaşanmadığını xəbər verib.
Zümrüd
-
Magazin112:31
Hüseyn Həsənov Rəşad Dağlının oğluna görün nə hədiyyə etdi - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın