İraq gecə yarısı hücuma keçdi, Kərkükdə döyüşlər başlandı - FOTO
Bizi izləyin

Dünya

İraq gecə yarısı hücuma keçdi, Kərkükdə döyüşlər başlandı - FOTO

İraq ordusu gecə yarısı Kərkükdə hərbi baza və neft quyularının ələ keçirilməsi üçün əməliyyata başlayıb.

Publika.az
xəbər verir ki, hücumlar türkman bölgələri olan Tazehurmatu və Tuzhurmatu çevrələrində şiddətlənib. Yerli mənbələr İraq ordusunun tanklar və ağır silahlarla Taze əyalətinə girməyə hazırlaşdığını deyir.

“Frans press” agentliyi İraq ordusunun Kərkükün ətrafındakı yolları ələ keçirdiyi haqda xəbər yayıb.

Əməliyyatları canlı yayımlayan İraqın dövlət televiziyası neft sahələrinin böyük bir qisminin peşmərgədən geri alındığı haqda məlumat verib.



Məlumatlara görə, kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani peşmərgə güclərinə ilk atəşi açmamaq haqda təlimat verib. Peşmərgənin köməyinə isə PKK terrorçuları gəlib.

PKK-ya yaxın internet saytı terrorçuların Kərkükdə “müdafiə xətti yaratmağa başladığı” haqda məlumat yayıb.

Bərzaniyə yaxın media isə ABŞ təyyarələrinin Kərkükün üzərindən uçduğuna dair xəbərlər yayıb.

Hazırda şəhərdə silahlı toqquşmaların yaşandığı deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm