Dünya
Kərkükdə FƏLAKƏT SSENARİSİ: Şərqi parçalayacaq “şəhər dövlətlər” yaradılır

“Kərkük döyüşü dövlətlər savaşından sonra şəhərlər
savaşının adıdır. Bölgədəki böhranları bu günə qədər dövlətlər
ölçüsündə qiymətləndirirdik, bundan sonra şəhərlər üzərindən
qiymətləndirəcəyik”.
Publika.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq”
qəzetinin köşə yazarı İbrahim Karagül İraq ordusunun Kərkükün
peşmərgədən azad edilməsi üçün başladığı hərbi əməliyyatlar haqda
köşə yazısında yazıb.
Onun sözlərinə görə, “şəhər dövlətlər” modeli bölgənin parçalanması
üçün ən dəhşətli nümunədir: “Bu, bir şəhər üzərində regional
qiyamətin qopa biləcəyinin nümunəsidir. Kərkükdə baş verənlər bunu
göstərir. Ən təhlükəsi odur ki, biz İraq və Suriyanın parçalanması
ilə yanaşı, “şəhər dövlətlərin” qloballaşması ilə qarşı-qarşıyıq.
Zaman keçdikcə, şəhər uğrunda mübarizə dövlət uğrunda mübarizə
səviyyəsinə gəlib çatacaq. Kərkükdən sonra Hələb, daha sonra başqa
şəhərlər bu ssenariyə daxil ediləcək”.
İ.Karagül Kərkük məsələsinin bu gün İraq və Suriyanın bölünməsi
ssenarisindən daha təhlükəli olduğunu və bunun bütün bölgənin
hiss-hissə parçalanmasına apardığını qeyd edib.
“Vaxtilə ABŞ-ın Bağdadda həyata keçirdiyi ssenari bu gün Kərkükdə
tətbiq olunur. Kərkük işğal edib, talan edirlər. Buna görə də İraq
və Suriyanı müzakirə etdiyimiz qədər Kərkükü də müzakirə etməliyik.
Çünki xarici işğalçılar və bölgədə onlara dəstək verən terror
təşkilatları, habelə ortaqları şəhərlər üzərindən bir fəlakət
ssenarisi hazırlayır. Bu, ölkələrin parçalanması planından sonrakı
addımdır. Bərzaninin PKK ilə birlikdə Kərkükü işğal etməsinə icazə
verilməməlidir”, - deyə o bildirib.
Asif

-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gözlənilməz hadisələr səni stresə sala bilər
-
Region17 Aprel 22:36
Çavuşoğlunun atası VƏFAT ETDİ
-
Art17 Aprel 22:12
Azərbaycanlı kinorejissor vəfat etdi - FOTO
-
Kriminal17 Aprel 21:12
Dəhşətli qətl və intiharın ŞOK TƏFƏRRÜATI - 5 ay əvvəl ailə qurduğu qadının... / VİDEO
-
Nida Xəbər 17 Aprel 20:24
Polkovnikin cəzası açıqlandı - Xidmət rəisi də zalda həbs olundu
-
Sosial17 Aprel 20:20
Fazil Məmmədova yüksək VƏZİFƏ VERİLDİ - FOTO
-
Magazin117 Aprel 19:12
Anasını itirdikdən sonra ilk dəfə efirə çıxdı - VİDEO
-
Elm və təhsil17 Aprel 19:00
Balakəndə ilk: buraxılış imtahanında 300 bal toplayan kimdir? - FOTO