Daha bir ölkə “S-400”ə müştəri çıxdı - ABŞ hiddətlənəcək
Bizi izləyin

Dünya

Daha bir ölkə “S-400”ə müştəri çıxdı - ABŞ hiddətlənəcək

Bəhreyn “S-400” ballistik raketlərdən müdafiə sistemləri haqqında Rusiya ilə danışıqlar apardığını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə Bəhreyn Kraliyyət Komandiri Şeyx Nasir ibn Hamad əl Xəlifə məlumat verib.

O, mövzunun hazırda müzakirə mərhələsində olduğunu, lakin yaxın zamanlarda bu mərhələnin tamamlanacağını qeyd edib.

Qeyd edək ki, Rusiya son olaraq Türkiyə və Səudiyyə Ərəbistanı ilə “S-400” sistemlərinin satılması barədə razılaşmalar əldə etmişdi. Bu razılaşmalar isə ABŞ-ın sərt reaksiyası ilə qarşılaşmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm