İraq ordusu Kərkükü qarış-qarış azad edir - SON MƏLUMATLAR (FOTOLAR)
Bizi izləyin

Dünya

İraq ordusu Kərkükü qarış-qarış azad edir - SON MƏLUMATLAR (FOTOLAR)

Gecə yarısı Kərkükə hücum edən İraq ordusunun şəhərin hava limanını, neft quyularını və Keyvan hərbi hava bazasını ələ keçirəndən sonra Tuzhurmatu bölgəsinin tamamilə nəzarətə götürüldüyü haqda məlumat yayılıb.

Publika.az
xəbər verir ki, bu barədə məlumatı İraq dövlət televiziyası yayıb.

Məlumata görə, Tuzhurmatuda peşmərgə ilə İraq ordusu arasında saatlarla toqquşma yaşandı.

Kürdüstan Yurdsevərlər Birliyinə (KYB – Təlabaninin komandası - red) bağlı peşmərgə qüvvələrinin nəzarətində olan Kərkükün Dakuk bölgəsi də İraq ordusunun nəzarətinə keçib. Bununla yanaşı, Kərkükdə Xalid körpüsü, Riyad-Xalid Məktəb yolu, Məryəm Beg sərhəd qapısı və Rəşad-Məryəm Beg yolu, eləcə də Kərkükün şimalındakı təbii qaz yataqları, polis qərargahı və şəhərin elektrik dairəsi də mərkəzi hökumətin nəzarətindədir.

Kərkükü peşmərgədən təmizləmə əməliyyatına davam edən İraq ordusu şəhərin kürd valisi Necmettin Kərimi postundan uzaqlaşdıraraq, onun yerinə Rakan al-Jbourrini təyin edib.

Digər tərəfdən, Kərkükdə hələ də dirənən Bərzaniyə bağlı peşmərgə güclərinin PKK-nın köməyi ilə müdafiə xətti qurduqları deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm