7 aylıq körpə acından öldü - VİDEO
Bizi izləyin

Dünya

7 aylıq körpə acından öldü - VİDEO

Suriyada mühasirə altında yaşayan insanlar arasında aclıq və qida çatışmazlığı ilə əlaqədar ölüm sayı getdikcə artır

Suriyada mühasirə altında yaşayan insanlar arasında aclıq və qida çatışmazlığı ilə əlaqədar ölüm sayında ciddi dərəcədə artım qeydə alınıb.

Bu barədə anspress Türkiyə mətbuatına istinadən məlumat verir. Əsəd rejimi tərəfindən mühasirəyə alınan ərazilərə humanitar yardımların çatdırılmasının qarşısı alınması səbəbindən 7 aylıq bir uşaq aclıqdan vəfat etdi.

Demək olar ki, hər gün Əsəd rejimi qüvvələri vətəndaş düşərgələrinə havadan və qurudan etdiyi hücumlar zamanı arasında uşaqların da olduğu bir çox insan həlak olur.


Yığdıqları otları bişirib yeyən insanlar kifayət qədər qidalanmadığına görə hər gün mütəmadi şəkildə ölürlər.

Suriyadan gələn görüntülərdə adının Məhəmməd Faysal olduğu deyilən və hələ 7 aylıq olan oğlan uşağının acından öldüyü bildirilib. Digər görüntüdə isə Dəməşqdə yerləşən Fələstin qaçqın düşərgəsində acından vəfat edən bir uşaq haqqında hesabat verilir.

Xatırladaq ki, Suriyada aclıqla mübarizə aparmaq üçün bəzi din alimləri it, pişik və s. heyvanların ətinin yeyilməsi istiqamətində fətva vermişdilər.

Ürəyi zəif olanlar izləməsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm