Dünya
Bərzaniyə daha bir ŞOK – Peşmərgənin geri çəkilməsinin səbəbi ortaya çıxdı

Kərkükdə peşmərgənin İraq ordusu və Haşdi Şabi qarşısından çəkilməsinin arxasında gizli bir razılaşmanın olduğu önə sürülüb.
Publika.az xəbər verir ki, Kürdistan Yurdsevərlər Birliyinin keçmiş lideri Cəlal Tələbaninin oğlu Bafel Tələbaninin Haşdi Şabi ilə 9 maddəlik bir razılaşma imzaladığı iddia edilib.
İraq parlamentinin millət vəkili Məsud Heydər gizli razılaşmanın detallarını açıqlayıb. O, razılaşmada Bafel Tələbani ilə Haşdi Şabinin səlahiyyətli nümayəndəsi Hadi Əmirinin imzasının olduğunu deyib.
Kürd xəbər agentliyi “Rudaw” da 9 maddəlik razılaşmanın məzmununu paylaşıb.
Razılaşmada bildirilir:
-İraq qüvvələri mübahisəli bölgələrə yenidən daxil olacaq və peşmərgə geri çəkiləcək.
-Kərkük daxil olmaqla, 7 qəsəbə və qəsəbə mərkəzləri hökumətə təslim ediləcək.
-Kərkükdə ortaq hökumət qurulacaq. 15 kürd məhəlləsi kürdlər, 25 məhəllə isə digər entik qruplar tərəfindən idarə ediləcək.
-Kərkükdəki strateji yerlərin - “K 1” hərbi bazası, hava limanı və neft yataqlarının idarəsi mərkəzi hökumətdə qalacaq.
-“Süleymaniyyə” hava limanı istifadəyə açılacaq.
-“Süleymaniyyə” və Kərkükdəki məmurların, sərhəddəki peşmərgələrin maaşları mərkəzi hökumət tərəfindən ödəniləcək.
-Süleymaniyyə və Kərkük bölgəsi qurulacaq.
-Yeni bölgə üçün yeni bir hökumət qurulacaq.
Zümrüd

-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI
-
Sosial12:55
İyunda 13 gün iş olmayacaq
-
MDB12:20
Kliçko təsdiqlədi: Ukrayna ərazi güzəştinə gedəcək
-
Dünya12:07
Papanı urvatsız edənlər: Fransiskin cəsədi ilə selfi çəkənlər aranı qatdı - ŞOK FOTOLAR
-
Sosial11:36
Əli Əsədov yeni qərarlar imzaladı