Dünya
Bərzani atasının taleyini yaşadı, kürdlər parçalandı – 48 saata ordu PAYTAXDA GİRƏCƏK
İraq ordusu Şimali İraq Kürd Muxtariyyətinin işğal
etdiyi ərazilərin böyük qismini geri alıb.
Publika.az xəbər verir ki, hazırda mərkəzi Bağdad
hökumətinə bağlı qüvvələr Mosulun geri alınması əməliyyatını həyata
keçirir.
Ümumi əməliyyatın isə uğurla başa çatdığı deyilir. Lakin
əməliyyatın bununla yekunlaşmayacağı, kürd muxtariyyətinin paytaxtı
olan Ərbilin də ələ keçirilməsi planının olması haqda məlumatlar
var.
Kürdlər iki hissəyə bölündü
Bölgədə baş verənlər kürdlərin iki hissəyə bölünməsi ilə
nəticələndi. Belə ki, İran ordusunun generalı Qasım Süleymani
Tələbani ailəsi ilə gizli razılaşma əldə edərək, onlara bağlı
peşmərgələrin geri çəkilməsinə nail oldu. Gizli razılaşmaya əsasən
kürdlər Ərbil və Süleymani olmaqla iki hissəyə bölündü.
Strateji bölgələri itirən Məsud Bərzani hazırda Ərbili və
Süleymaniyəni qoruya bilmək üçün hər şey edir. Halbuki, 2014-cü
ildən etibarən o, mərkəzi Bağdad hökumətinə bağlı Kərkük, Sincar,
Mahmur, Celavla və Haneke olmaqla 30 min kilometr ərazini işğal
etmişdi. Son əməliyyatda isə Bərzani 48 saat içində geri çəkilməyə
məcbur oldu.
Növbəti hədəf Ərbildir
Məlumata görə, Qasım Süleymani, Haşdi Şabinin İraqdakı qüvvələrinin
komandiri Hadi Əl Amiri və Cəlal Tələbaninin oğlu Batif Tələbani
İraq parlamentində mərkəzi Bağdad hökumətinin rəsmiləri ilə gizli
toplantı keçirib. Razılaşmaya görə, Məsud Bərzani 48 saat içində
vəzifəsindən uzaqlaşdırılır, onun yerinə kürd muxtariyyətinin
keçmiş baş naziri Bəhram Salihi gətirilir. Bərzani istefa verməkdən
imtina edərsə, İraq ordusu və Haşdi Şabi qüvvələri Ərbilə
girəcək.
Bərzaniyə bağlı “Bas News”un məlumatına görə, Tələbani ailəsinin
əsas qərargahı hesab olunan Süleymani də İraqın nəzarətinə
veriləcək.
Atasının taleyini yaşayan Bərzani
Məsud Bərzaninin atası Molla Mustafa Bərzani 1960-cı illərdə SSRİ
ilə əlaqələr qurdu. Lakin sonrada Moskva Suriya və Misirlə
işləməyin daha qazanclı olduğunu düşünərək, Mustafa Bərzaninin
arxasından çəkildi. Mustafa Bərzani 1970-ci illərin ortalarında CİA
və MOSSAD-la işləməyə başladı. Lakin sonda Qərb qüvvələri də onu
satdı.
Bu gün Qərbə bel bağlayaraq, “müstəqillik referendumu” keçirən
Məsud Bərzaninin də atasının taleyini yaşadığı görünür. Qərb onu
satdı və cəmi 48 saat içində məğlub duruma düşdü.
Bərzani “vurulacaq”
Ərbildəki mənbələr “Yeni Şəfəq” qəzetinə bildiriblər ki, Bərzani bu
məğlubiyyətdən sonra daha da təkləşəcək və “vurulacaq”.
“Bölgə əhalisinin böyük hissəsi “feodal quruluş”dan narazıdır.
Bərzani “Böyük Kürdüstan” şüarı ilə insanları ayağa qaldırmışdı,
lakin bu şüar heç nəyə yaramadı. Bərzaninin getməsi artıq
qaçılmazdır. Ankara və Tehran da bundan sonra Ərbili rahat
buraxmayacaq”, - deyə mənbələr vurğulayıb.
Asif Nərimanlı
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ