• USD 1,7000 0,00% EUR 2,0014 -0,31%
    • GBP 2,3463 -0,22% RUB 0,0234 -0,43%

Mosulda şiddətli döyüşlər: kəşfiyyat komandiri ÖLDÜRÜLDÜ - FOTO

  • Dünya
  • 18 Oktyabr 2017 15:56
  • 1 879 Baxış
Mosulda şiddətli döyüşlər: kəşfiyyat komandiri ÖLDÜRÜLDÜ - FOTO

Mosulda Haşdi Şabi qüvvələri ilə peşmərgə arasında şiddətli döyüşlər gedir.

Publika.az
xəbər verir ki, toqquşmalarda Haşdi Şabinin 8 üzvü öldürülüb, peşmərgə isə bir itki verib. Həmçinin, 4 peşmərgə döyüşçüsü yaralanıb.

Öldürülən Haşdi Şabi üzvlərindən birinin təşkilatın yüksək rütbəli kəşfiyyat komandiri Ahmed Ubeydi olduğu deyilir. Haşdi Şabi bu məlumatı təsdiq edib.

Mosul sərhədinə toplanan Haşdi Şabi peşmərgənin nəzarətindəki hərbi ərazini ələ keçirməyi planlaşdırır. Perşmərgə İraq ordusu ilə əlaqə yaradaraq, geri çəkilməyəcəklərini, Haşdi Şabinin 2016-cı ildə Mosul əməliyyatı ilə bağlı anlaşmaya zidd hərəkət etdiyini bildirib.

Son məlumatlara görə, silahlı toqquşma İraq rəsmilərinin dövriyyəyə girməsindən sonra dayanıb.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR