Ukraynada baş verən toqquşmalar nəticəsində 11 nəfər saxlanıldı
Bizi izləyin

Dünya

Ukraynada baş verən toqquşmalar nəticəsində 11 nəfər saxlanıldı

Kiyevdə Ukrayna Ali Radasının binası qarşısında keçirilən etiraz aksiyası zamanı 11 nəfər saxlanılıb.

Publika.az RİA Novosti-yə istinadən bildirir ki, saxlanılanlar polis idarəsinə gətirilib. Hələ ki, onların hansı maddələr üzrə ittiham olunduqları məlum deyil.

Bu gün axşam saatlarında xüsusi təyinatlılar Ali Radanın qarşısında qurulan çadırları dağıtmağa cəhd edib. Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib. İnsident nəticəsində deputat, “Samopomoş” partiyasının üzvü Yeqor Sobolev daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu Yeni Qüvvələr Birliyi və digər müxalif partiyaların tərəfdarları dünən səhərdən Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir. Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm