
Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbildə
müdafiə səngərləri qazılır.
Publika.az xəbər verir ki, peşmərgə dünən gecədən
fövqəladə rejimdə fəaliyyətə keçib.
Məlumata görə, İraq ordusunun hücumuna qarşı Ərbil ətrafında
səngərlər qazılır, müdafiə xətti gücləndirilir.
Kərkük, Sincar, Tuzhurmatu, Hanekin və digər bölgələri Bərzanidən
geri alan İraq ordusunun Ərbilə hücum edəcəyi ehtimalı da var. İraq
ordusu ilə birlikdə hərəkət edən Haşdi Şabi şiə güclərinin Ərbil
ətrafında toplandığı deyilir.
Məsud Bərzani isə “Kərkükdəki İraq ordusu işğalçıdır” deyən
köməkçisi Korset Rəsulun həbs olunması haqda qərar çıxandan sonra
İraqın baş naziri Heydər İbadinin dialoq çağırışına müsbət cavab
verib.
Asif