Dəniz Baykalı oğlu müalicə edəcək
Bizi izləyin

Dünya

Dəniz Baykalı oğlu müalicə edəcək

Xəstəxanada ciddi müalicə altında olan CHP millət vəkili Dəniz Baykalın vəziyyəti ilə bağlı yenilik var.

Publika.az xəbər verir ki, həkimlərin açıqlamasına görə, kritik vəziyyəti geridə qoyan Dəniz Baykalın vəziyyətində geriləmə yoxdur.

Müalicənin 5-ci günündə həkimlərin sırasına qatılan millət vəkilinin oğlu professor Ataç Baykal xəstəxananın icazəsi ilə atasının müalicəsində şəxsən özü iştirak edəcək.

Həkimlərin sözlərinə görə, D.Baykalın vəziyyəti ciddiliyini qorusa da, tomoqrafiyası təmizdir. Ümumi vəziyyət stabil olaraq qalır. Tənəffüs yollarındakı problem isə nisbətən azalıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm