“PETYA YEYİN” – Ukraynada unikal etiraz və Saakaşvilinin İNQİLAB PLANI
Bizi izləyin

Dünya

“PETYA YEYİN” – Ukraynada unikal etiraz və Saakaşvilinin İNQİLAB PLANI

Ukraynada Ali Radanın önündə etiraz aksiyası keçirən müxalifət qüvvələri maraqlı addım atıblar.

Publika.az
xəbər verir ki, etirazçılar “Petya yeyin” şüarı səsləndirərək, Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsus “Roşen” qənnadı fabrinin istehsal etdiyi “Petya” şokaladı yeyiblər.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Mixael Saakaşvili Ukraynaya qayıdandan sonra müxalifət partiyaları və ictimai birliklər iqtidara qarşı davamlı aksiyalar keçirirlər.

M.Saakaşvili bu gün feysbuk səhifəsində açıqlama yayaraq, növbəti aksiyanı bazar gününə təyin edib. Etirazçılar seçki qanunvericiliyinin dəyişdirilməsini, deputat toxunulmazlığının ləğvini, həmçinin, korrupsiyaya qarşı xüsusi məhkəmənin yaradılmasını istəyirlər.

Artıq Ali Radanın önündə çadırlar qurulub və etirazçılar növbə çəkirlər.

“Ukrayna həqiqəti” nəşri yazır ki, etirazçıların Ali Radanın önündə çadır qurmağa nail olması prezident Poroşenko ilə daxili işlər naziri Arsen Avakovun arasında qalmaqala səbəb olub.

Hüquq-mühafizə orqanlarındakı mənbə nəşrə bildirib ki, oktyabrın 17-də prezident polis rəhbərlərini və daxili işlər nazirini yanına çağırıb.

“Prezident ona əsəbiləşib ki, Saakaşvili və Semençenkonun tərəfdarları çadırları qurmağı bacardı. Poroşenko Avakovu çadırların qurulmasına icazə verməkdə ittiham edib. Avakov isə əsas gətirib ki, onun iki seçimi var idi: ya küçədə qanlı toqquşma, ya da çadırların qurulması. O sonuncunu seçib”, - deyə mənbə bildirib.

Ekspertlər hesab edirlər ki, Saakaşvili Ukraynaya gələrək, müxalifəti öz ətrafında birləşdirməklə yeni inqilab hazırlayır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm