Madrid Kataloniya hökumətini hakimiyyətdən kənarlaşdırdı
Bizi izləyin

Dünya

Madrid Kataloniya hökumətini hakimiyyətdən kənarlaşdırdı

İspaniya hökuməti təcili iclas çağıraraq Kataloniya rəhbərliyinin hakimiyyətdən kənarlaşdırılmasına qərar verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, İspaniya Baş naziri Mariano Raxoyun sözlərinə görə, Madrid Kataloniya Muxtariyyətinin bütün hökumətini hakimiyyətdən uzaqlaşdırıb. O, həmçinin muxtariyyətdə növbədən kənar seçkinin keçirilməsi haqqında qərar qəbul olunduğunu bildirib:

“Biz muxtariyyəti məhdudlaşdırmırıq, sadəcə qanun çərçivəsindən kənara çıxan hökuməti istefaya göndəririk. İspaniya hökuməti indiyə qədər Kataloniyanın muxtariyyətini məhdudlaşdıracaq 155-ci maddəni tətbiq etmək arzusunda olmayıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm