Bu dəfə İtaliyada: Müstəqillik səsi yüksəlməyə davam edir
Bizi izləyin

Dünya

Bu dəfə İtaliyada: Müstəqillik səsi yüksəlməyə davam edir

Bu gün İtaliyanın Lombardiya və Veneto bölgələrində mərkəzi hökumətdən daha geniş hüquqlar almaq üçün referendum keçirilir.

Axar.az xəbər verir ki, İtaliyanın iki ən zəngin iqtisadi bölgələrinin rəhbərləri çıxışlarında hər il Romaya 50 milyard avrodan çox vergi ödədiklərini və öz ərazilərində toplanan vergilərin idarə edilməsində və öz resurslarından istifadə etməkdə geniş hüquqlara malik olmaq istədiklərini bildiriblər.

Referendumun nəticələri lehinə olarsa, Romanın mərkəzi rəhbərliyi ilə geniş müzakirələrin aparılması gözlənilir.

Qeyd edək ki, referendum hər hansı bir müstəqillik məqsədilə keçirilmir. Ölkədə bəzi dairələr referendumu "lazımsız" hesab edirlər. İtaliya mətbuatına görə, hər iki bölgədə məsləhətləşmək üçün keçirilən referendumun ümumi dəyəri təxminən 65 milyon avro olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm