ABŞ-dan Rakka üçün yeni təlimat: “Heç kimi sağ buraxmayın!”
Bizi izləyin

Dünya

ABŞ-dan Rakka üçün yeni təlimat: “Heç kimi sağ buraxmayın!”

ABŞ-ın Suriyadakı təmsilçisi Bred Makqark Rakkada yeni qətliamlar üçün təlimat verib.

Publika.az xəbər verir ki, o, şəhərdə 300 İŞİD üzvü olduğunu iddia edib və “onları canlı buraxmayın. Onlar Rakkada öləcəklər. Bizim məqsədimiz öldürməkdir” - deyib.

B.Makqark ABŞ təyyarələrindən atılan bombalar və PKK silahlıları ilə 4200 dinc sakinin öldürüldüyü şəhərdən heç kimin sağ çıxmamasına işarə verib:

“Bizim vəzifəmiz İŞİD-ə qoşulmaq məqsədi ilə Suriyaya gələnləri elə buradaca öldürməkdir. Əgər onlar Rakkadadırlarsa, elə burada da öləcəklər. Şəhərə gələn əcnəbilərin sağ buraxılmamasının ən böyük yararı isə onların ölkələrinə geri qayıtmasını əngəlləməkdir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm