PKK edam komandası qurdu: 87 nəfər məhv edildi
Bizi izləyin

Dünya

PKK edam komandası qurdu: 87 nəfər məhv edildi

PKK terror təşkilatı yeni edam komandası təşkil edib.

Publika.az xəbər verir ki, PKK təşkilatdan qaçanların və təslim olanların dərhal vurulmasını əmr edib. Edam komandası isə təşkilatdan qaçmaq istəyən 87 terrorçunu məhv edib.

Buna baxmayaraq, 101 terrorçu qaçmağı bacarıb. Təşkilat bəzi edamları intihar, xəstəlik, qəza, bəzilərini isə Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarında “ölmüş” adı altında verib.

Təhlükəsizlik qüvvələrinin ölkədaxili və sərhəddənkənar əməliyyatları ilə böyük zərbə alan PKK-ya qatılanların sayı da, demək olar ki, sıfır səviyyəsindədir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm