İnanılmaz iddia: "Avropa Parlamentinin tualetləri cinsi təcavüz yuvasına çevrilib"
Bizi izləyin

Dünya

İnanılmaz iddia: "Avropa Parlamentinin tualetləri cinsi təcavüz yuvasına çevrilib"

Hollivudun məşhur prodüseri Harvi Veynşteyn haqqında çıxan təcavüz iddialarından sonra İsveçin xarici işlər naziri Marqot Vallstrom da bir siyasətçi tərəfindən cinsi təcavüzə uğradığını açıqlayıb.

Publika.az xəbər verir ki, cinsi təcavüz iddiaları indi də Avropa İttifaqı (Aİ) qurumlarına sıçrayıb.

İddiaları gündəmə gətirən “Politico” xəbər saytı Aİ qurumlarında işləyənlərin deşifrə olmadan uğradıqları təcavüzləri payalaşa biləcəyi bir platforma qurub.

Xəbər saytının bildirdiyinə görə, 87-i qadın olmaqla, 93 nəfər Aİ qurumlarında cinsi təcavüzə uğradığını iddia edib və həyat hekayələrini həmin platformada paylaşıb.

Onlar Aİ-də iş tapa bilmək üçün cinsi münasibətlər qurmağa məcbur edilib, gənc qadınlar zorla barlara göndərilib və iş yerlərindəki tualetlərin cinsi istismar yuvasına çevrilib. Xüsusilə, Avropa Parlamentində cinsi istismarın geniş yayıldığı ortaya çıxıb.

Aİ prezidenti Antonio Tajani AP ilə bağlı çıxan iddiaları böyük şok və qəzəblə qarşılayıb. O, iddiaların araşdırılması üçün keçən il qurulan komissiyanın işini sürətləndirməsi lazım olduğunu deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm