
ABŞ Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyətinə viza verməyib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 5 nəfərdən ibarət nümayəndə heyəti iki ölkə arasındakı viza gərginliyinin aradan qaldırılması üçün danışıqlar aparmaq məqsədilə ABŞ-a səfər etməliydi.
Rəsmi Vaşinqton Türkiyəyə qarşı tətbiq olunan viza məhdudiyyəti səbəbindən ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənmədiyini açıqlayıb.