Gürcüstanda dollar və avro bahalaşdı
Bizi izləyin

Dünya

Gürcüstanda dollar və avro bahalaşdı

Gürcüstanda dolların lariyə olan məzənnəsi 4 tetriyə qədər bahalaşıb.

Publika.az xəbər verir ki, oktyabrın 25-nə müəyyən olunmuş məzənnəyə əsasən, 1 ABŞ dolları 2,5206 lari təşkil edir.

Bu günə olan məzənnə ilə müqayisədə ABŞ dolları gürcü larisinə qarşı 0,0312 lari bahalaşıb.

Avronun da gürcü larisinə qarşı dəyəri artıb. Belə ki, sabaha müəyyən olunmuş məzənnəyə əsasən 1 avro 2,9635 lari təşkil edir. Bugünkü məzənnə ilə müqayisədə avro Gürcüstanın milli valyutasına qarşı 0,0395 lari bahalaşıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm