Tramp qaçqınların qəbulunu bərpa etdi
Bizi izləyin

Dünya

Tramp qaçqınların qəbulunu bərpa etdi

ABŞ prezidenti Donald Tramp qaçqınların qəbulunun bərpa edilməsi haqqında fərman imzalayıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qaçqınların qəbuluna tətbiq edilmiş 120 günlük qadağanın müddəti oktyabrın 24-də başa çatıb. Qadağanın ölkənin təhlükəsizliyini gücləndirdiyi qeyd olunur.

Bununla belə, fərmanda bir sıra ölkədən qaçqınların qəbuluna 90 günlük əlavə məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulub. Administrasiya nümayəndəsi məhdudiyyətlərin adı çəkilməyən 11 ölkəni əhatə edəcəyini bildirib. Həmin ölkələrin vətəndaşları yaxın üç ay müddətdə ABŞ ərazisinə yalnız ayrı-ayrı hallarda buraxılacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm