Kürd muxtariyyəti İraqı dioloqlara çağırdı - BƏYANAT
Bizi izləyin

Dünya

Kürd muxtariyyəti İraqı dioloqlara çağırdı - BƏYANAT

Kürd muxtariyyəti referendum nəticələrini dondurmağa hazır olduğunu deyib.

Publika.az "RİA Novosti"-ə istinadən xəbər verir ki, regional hökumətin saytında yayımlanan bəyanatda deyilir ki, İraq hökuməti atəşi dayandırıb dialoqlara başlamağı qəbul edərsə, Kürd muxtariyyətinin rəhbərləri referendum mövzusunda öz üzərlərinə düşəni etməyə hazırdır:

"İraq höküməti olaraq Kürd və İraq xalqı qarşısında üzərimizə götürdüyümüz öhdəliklərin icrası üçün İraq və dünya ictimaiyyətinə şərtlərimizi bəyan edirik: İlk növbədə, bölgədə atəş və bütün hərbi əməliyyatlar dayanadırılmalıdır, ikinci, Kürd muxtariyyəti rəhbərləri keçirilmiş referendum nəticələrini dondurmalıdır, üçüncü isə konstitusiya çərçivəsində bölgə hökuməti və İraq federal hökuməti arasında ortaq məxrəcə gəlinməlidir"-, deyə bəyanatda bildirilir.

Qeyd edək ki, sentyabr ayının 25-də Kürd muxtariyyətində müstəqillik referendumu keçirilib və 92,7% səs çoxluğu ilə bölgənin İraqın tərkibindən çıxarılmasını istənilib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm