NATO Rusiyaya qarşı iki yeni komandirlik qurur
Bizi izləyin

Dünya

NATO Rusiyaya qarşı iki yeni komandirlik qurur

NATO Rusiya ilə yarana biləcək qarşıdurmada zəif tərəflərini gücləndirmək məqsədilə iki yeni komandirliyin qurulmasına niyyətlidir.

Publika.az xəbər verir ki, bu barədə mərkəzi ABŞ-da yerləşən “The Washington Free Beacon” xəbər saytı məlumat verib.

Sözügedən birliklərin təsdiqini gözləyən tövsiyələr, insan və maddi qaynaqların daha sürətli daşınması üçün lojistik idarə və Avropanın Atlantik və Şimal Buzlu Okeanındakı dəniz yolları vasitəsilə kommunikasiyaların qorunmasından cavabdeh olması nəzərdə tutulur.

NATO-ya üzv olan ölkələrin müdafiə nazirləri mövzu ilə bağlı təklifləri noyabrda həyata keçiriləcək toplantıda müzakirə edəcəklər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm