Si Cinpin yenidən ÇKP-nin baş katibi seçildi
Bizi izləyin

Dünya

Si Cinpin yenidən ÇKP-nin baş katibi seçildi

Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Komitəsinin ilk plenumu keçirilib.

Publika.az xəbər verir ki, plenumda Mərkəzi Komitəsinin Siyasi Bürosunun, Siyasi Büronun Daimi Komitəsinin, habelə Mərkəzi İntizam Komissiyasının yeni tərkibi açıqlanıb.

Çin Xalq Respublikasının sədri Si Cinpin ÇKP-nın baş katibi olmaqla yanaşı, eyni zamanda Siyasi Büronun Daimi Komitəsinin üzvü seçilib.

Si Cinpin "Çin spesifikası ilə yeni sosializm dövrü" ideyasını irəli sürüb. Bundan başqa, Siyasi Büronun Daimi Komitəsinin tərkib hissəsinə daxil olan 7 nəfər üzv arasında Dövlət Şurasının sədri Li Keçyan da var.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm