İsrail və Fələstin ilk dəfə EYNİ CƏBHƏDƏ
Bizi izləyin

Dünya

İsrail və Fələstin ilk dəfə EYNİ CƏBHƏDƏ

İsrail, Fələstin və İordaniyaya aid təhlükəsizlik qüvvələri İsrailin cənubunda ortaq yanğın təlimlərinə başlayıb.

Publika.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamada təlimlərin 2 gün keçiriləcəyi bildirilib. Negev bölgəsində keçirilən təlimlər İtaliya, Fransa və İspaniyanın sponsorluğu ilə aparılır.

Açıqlamada təlimlərin məqsədinin milliyyətini və ölkə sərhədlərini nəzərə almadan yaşamı və təbii qaynaqları qorumaq olduğu bildirilib.

Bölgədə ölkələrin sərhədlərini aşan təbiət hadisələrinə qarşı qonşu ölkələrin ortaq müdaxilələr edə bilməsi üçün hazırlıqlar aparılır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm