Jirinovski Sobçakın həbsini tələb etdi
Bizi izləyin

Dünya

Jirinovski Sobçakın həbsini tələb etdi

Rusiyanın Liberal-Demokrat Partiyası fraksiyasının lideri Vladimir Jirinovski Krım haqqında işlətdiyi sözlərə görə Kseniya Sobçakı cəzalandırmağı təklif etdi.

Publika.az bildirir ki, partiya liderinin fikrincə, teleaparıcı qanunu pozub.

"Bu cinayətdir. Baş prokuror cinayət işi qaldırmalı, istintaq komitəsi yaradılmalı və məhkəmə Rusiyanın ərazi bütövlüyünə xələl gətirilən sözlərə görə onu 5 il həbsə atmalıdır", - deyə Jirinovski bildirib.

Xatırladaq ki, 24 oktyabrda mətbuat konfransında teleaparıcı, prezidentliyə namizəd olacağını deyən Sobçak Krımı beynəlxalq hüquqa görə Ukrayna ərazisi hesab etmişdi.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm