5 nəfəri öldürən qızın atasından şok təklif: “1,5 milyon verirəm” - FOTOLAR
Bizi izləyin

Dünya

5 nəfəri öldürən qızın atasından şok təklif: “1,5 milyon verirəm” - FOTOLAR

Ukraynada avtomobil qəzası törədərək 5 nəfərin ölümünə, 6 nəfərin yaralanmasına səbəb olan Alyona Zaitsevanın məhkəməsi başlayıb.

Publika.az xəbər verir ki, daha öncə də yüksək sürət həddi ilə avtomobil idarə etdiyi üçün cərimələn Alyonanın 10 il həbs cəzası ala biləcəyi deyilib.

20 yaşlı universitet tələbəsinin atası Vasili Zaitsev qızının əfv edilməsi üçün 1.5 milyon dollar pul təklif edib.

Enerji şirkətləri sahibi olan 61 yaşlı ata Vasili həyat yoldaşının və özünün çox üzgün olduğunu deyib və qızlarının əfv edilməsi üçün ölənlərin qohumlarına diz çökərək yalvarıb:

“İnsanların vəfat etməsinə səbəb olan bu faciəvi qəzaya görə çox üzgünük. Acımızı kəlimlərlə ifadə edə bilmirəm. Qızımı əfv etmək üçün zərər çəkən ailələrə yalvarıram. Onlar üçün əlimdən gələni etməyə hazıram. Lazım olan bütün maliyyə dəstəyini də etməyə hazıram”.

O, qəzada təkcə qızının günahkar olmadığını da bildirib:

“Başqa bir avtomobil qızımın idarə etdiyi avtomobilə vurduğu üçün qəza bu qədər şiddətli olub. Məhkəmənin hadisədən iki nəfəri günahkar bilməsini və cəza kəsməsini istəyirəm. Onların verdiyi hər adil qərara hörmət edəcəyik”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm