• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

Kataloniya müstəqilliyini elan edəcək - İspaniya eyni gündə iki seçkiyə qatılacaq

  • Dünya
  • 26 Oktyabr 2017 11:52
Kataloniya müstəqilliyini elan edəcək - İspaniya eyni gündə iki seçkiyə qatılacaq

İspaniyanın şərqində yerləşən Kataloniya Muxtar Vilayəti hökuməti müstəqillik elanını yerli parlamentdə səsverməyə çıxaracaq.

Publika.az xəbər verir ki, hökumət səsverməni İspaniya senatının konsitutsiyanın 155-ci maddəni səsverməyə çıxaracağı tarixdə - oktyabrın 27-də keçirəcək.

Kataloniya müstəqillik cəhdlərinin qarşısını almaq istəyən İspaniyanın qərarları qarşısında geri çəkilməyəcək. Hökumətinin rəhbəri Çarlz Puiqdemont İspaniya ilə dialoqun başlanması üçün tək qapı olaraq göstərilən senatda danışıq dəvətini də geri çevirib.

O, sosial media hesabından “Kataloniyanın özünü idarə etməsini yerlə bir etmək qərarı alanlarla zamanımızı boşa xərcləməyəcəyik. Yolumuza davam edirik” açıqlamasını verib.

Kataloniya Muxtar Vilayətinin prezident köməkçisi Oriol Yunqueras verdiyi açıqlamada İspaniyanın Kataloniyaya müstəqillik elanından başqa bir seçim vermədiyini deyib.

Əlavə olaraq, separatçı dinc toplum qurumları da müstəqillik elanının qəbul ediləcəyini bildiriblər. Onlar 27 oktyabr tarixində Kataloniya parlamenti önündə toplaşmaq üçün çağırışlar ediblər.

Digər tərəfdən Kataloniyada müstəqillik tərəfdarı olan insanlar yenidən ayağa qalxaraq nümayiş keçirməyə başlayıb. Universitet tələbələri dərsləri tərk edərək gün boyunca Barselonadakı etiraz nümayişlərinə qatılıblar.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR