Düşməni yerlə yeksan edəcək planın DETALLARI - Hücum bundan sonra başlanacaq
Bizi izləyin

Dünya

Düşməni yerlə yeksan edəcək planın DETALLARI - Hücum bundan sonra başlanacaq

PKK/PYD-nin Suriyadakı vətəndaş müharibəsindən istifadə edərək, 2012-ci ildə kanton elan etdiyi Hələbin Afrin bölgəsi hazırda Türkiyə ordusunun hədəfindədir.

Publika.az
xəbər verir ki, Türkiyə ordusu Afrini almaq üçün ən strateji nöqtələrə yerləşib. Salvada ilk toplanma qərargahı quran ordu PKK işğalındakı Der Ballut, Cinderes, Karasin kimi mövqelərə yaxınlaşır.

Strateji nöqtələrdə baza

Türkiyə ordusu Salvadan sonra bölgənin ən yüksək nöqtəsi olan Cebel-i Bereketi kommunikasiya mərkəzinə çevirib. Hazırda Şeyx Süleyman, Han Asel, Fovc Sitte Erbain, Taftenaz, Əbu Duhur və Anedanda baza qurmaq istiqamətində işlər aparılır. Oğulpınardan keçən və Kefer Lusin, Dar et İzze ərazilərindən İdlibin şərqinə doğru irəliləyən birliklərə oktyabrın 24-də əlavə qüvvələr göndərilib.

Afrində təmizləmə başlayır



Türkiyə ordusu əvvəlcədən müəyyən edilmiş bu mövqelərdə möhkəmlənəndən sonra Afrinə hücuma keçəcək. PKK/PYD Afrindən sərhəd xəttindəki miqrant düşərgələrini mütəmadi olaraq raket atəşinə tutur. Buna görə də Türkiyə 911 kilometrlik Suriya sərhəd xəttində ən önəmli təhdid nöqtəsi olan Afrinə əməliyyata hazırlaşır. Plana görə, ordu Azez və Kala Saman bölgələrindən başlayacaq hücumla Afrini terror qruplaşmasından təmizləyəcək.

Təhdid aradan qalxacaq

Türkiyə tərəfindən sərhəd təhlükəsizliyi və terror ünsürlərini məhv etmək məqsədilə başladılan “Fərat qalxanı” əməliyyatı ilə 110 kilometrlik ərazi PKK və İŞİD-dən təmizləndi. Azez-Burseyadan Dar et İzze-Dar bölgəsinə qədər uzanan PKK işğalındakı Afrin təmizlənəndən sonra 240 kilometr ərazi təhlükəsiz vəziyyətə gətiriləcək. Daha sonra qərb istiqamətində Harem, Serakıp, Sermin, Cisr Şuqur, Hırbit əl Cuz, Hancağız və Rabiadan Türkman Dağına qədər olan 210 kilometrlik ərazi təmizlənərək, Atalıq dənizinə çıxış əldə ediləcək. Türkiyənin tarixi həmləsi ilə Suriya sərhəd xəttində 450 kilometrlik ərazi terror təhdidindən təmizlənəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm