Türkiyə Suriyada yeni hökumət yaratdı - MÜHARİBƏYƏ HAZIRLIQ
Bizi izləyin

Dünya

Türkiyə Suriyada yeni hökumət yaratdı - MÜHARİBƏYƏ HAZIRLIQ

Suriya Keçid Hökuməti (SKH), Azad Suriya Ordusuna (ASO) bağlı 37 birlik və Suriya Müxalif və İnqilabi Güclər Milli Koalisiyası (SİGMK) Türkiyənin nəzarəti altında birləşmək üçün anlaşma imzalayıb.

Publika.az
xəbər verir ki, Türkiyənin Kilis əyalətində keçirilən toplantıda Qaziantep valisi Ali Yerlikaya, Kilis valisi Mehmet Tekinarslan və Türkiyə ordusunun rəsmiləri qatılıb.

Məlumatlara görə, SKH, ASO və SİGMK bundan sonra İŞİD-dən geri alınaraq, təmizlənən “Fərat qalxanı” bölgəsində ortaq hərəkət etmək və birlikdə yaşamaq qərarı verib. Razılaşmaya görə, bölgənin yenidən qurulması üçün birgə işləyəcək və bölgəni qarışdırmaq istəyənlərə fürsət verməyəcəklər. Birləşən qruplar “Fərat qalxanı” bölgəsində təmin edilən sabitliyi və təhlükəsizliyi başda İdlib olmaqla bütün Suriyada həyata keçirmək üçün mübarizə aparacaqlar.

“Fərat qalxanı” bölgəsində sərhəd keçid məntəqələri SKH tərəfindən idarə olunacaq. Əldə olunan gəlirlər xəzinədə toplanacaq və yerli idarəetmə ilə ordunun formalaşmasına xərclənəcək.

Razılaşmaya görə, Azad Suriya Ordusu adı altında döyüşən birliklər “Suriya Milli Ordusu” adı altında fəaliyyət göstərəcək. “Suriya Milli Ordusu”n un təsis edilməsindən bir ay sonra ikinci mərhələyə keçiləcək. İkinci mərhələdə bütün hərbi birliklər silah və təchizatlarını, hərbi texnika və qərargahlarını Suriya Keçid Hökumətinin yaradacağı Müdafiə Nazirliyinə təhvil verəcəklər. Bu qərara tabe olmayan birliklər cəzalandırılacaq.

Bu, faktiki olaraq, Suriyada yeni hökumətin yaranması deməkdir. Ekspertlər Türkiyənin bu həmlə ilə Suriya proseslərində ciddi güc qazanacağını hesab düşünürlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm