Türkiyənin Rusiyadan S-400 ala bilməməsi üçün ABŞ-dan ŞOK ADDIM
Bizi izləyin

Dünya

Türkiyənin Rusiyadan S-400 ala bilməməsi üçün ABŞ-dan ŞOK ADDIM

Türkiyənin Rusiyadan S-400 raket kompleksi alması NATO və ABŞ-ı ciddi şəkildə narahat edir.

Publika.az
xəbər verir ki, Şimal Alyansı və Vaşinqton Türkiyənin geri çəkilməsi üçün hərəkətə keçib.

NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel Vaşinqtonda jurnalistlərə açıqlamasında Türkiyəni dolayısı ilə təhdid edib.

“Türkiyənin NATO-ya inteqrasiya olunmayan bu raketləri almasının nəticələri olacaq. Qərar verməkdə nə qədər müstəqil olsalar da, bu qərarların nəticələri ilə də üzləşəcəklər”, - deyə o bildirib.

ABŞ isə Türkiyənin bu addımının qarşısının Rusiya üzərindən almağı düşünür.

“Sabah” qəzetinin yazarı Okan Müderrisoğlu yazır ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi son sanksiyası birbaşa Türkiyəni maraqlandırır.

“S-400 raketləri üçün Moskva ilə müqavilə imzalayan Ankara “Ödəmə sisteminin kilidləməsi” problemi ilə üz-üzədir. ABŞ-ın Rusiyanın bəzi şirkətlərinin adını “qara siyahı”ya daxil etməsi, alınacaq raketlərin pulunun ödənilməsində problemlər yaradacaq. Yəni ödəmə sistemi ABŞ-ın əlində olduğu üçün bu alınmaya bilər. Bu, dolayısı ilə Türkiyəyə “silahı almaqdan imtina et” mesajıdır. Yəni “S-400-ləri almaq istəsən ABŞ dollarından istifadə edə bilməzsən, Amerika bankçılıq, yaxud pul transferi sisteminə girə bilməzsən, ABŞ-la əməkdaşlıq edən vasitəçi şirkətlərdən belə kömək istəyə bilməzsən” deməkdir”, - deyə türkiyəli yazar vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm