
Rusiya ABŞ-ın Moskvadakı səfirliyinə nota göndərib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
Nota Vaşinqton rəhbərliyinin Rusiyanın San-Fransiskodakı baş konsulluğunun arxivlərinə müdaxiləsinə görə verilib. Baş konsulluqdakı bəzi sənədlər Rusiyanın razılığı olmadan araşdırılıb və paketlənərək özəl şirkət vasitəsilə daşınıb. ABŞ-ın bu özbaşınalığı Rusiyanı hiddətləndirib.
Zümrüd