
Ermənistan hakimiyyətində dəhşətli əhval-ruhiyyə
müşahidə olunur.
Publika.az xəbər verir ki, bu barədə “Jamanak” qəzeti
hakimiyyət daxilindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, hərbi xidmətdə olmayan məmurların
vəzifələri aşağı salınacaq, hərbi xidmətdə olmuş aşağı vəzifədə
çalışan şəxslərin vəzifələri isə artırılacaq.
“Məsələ ondadır ki, yüksək vəzifəli şəxslərə hərbi xidmətdə olmayan
nazirlər, onların müavinləri, şöbə müdirləri və digərlərinin
siyahısı təqdim olunub. İnsanlar görür ki, hərbi xidmətə
getməyənlər daha yaxşı yerlərdə işləyir. Buna görə də nəyin
bahasına olursa olsun öz övladlarını orduya göndərməkdən imtina
edirlər. Mənbəmizin məlumatına görə, 2018-ci ildə bu məsələdə ciddi
dəyişikliklər gözlənilir. Hazırda İrəvanda dəhşətli təşviş müşahidə
olunur”, - deyə qəzet yazıb.
Asif