PKK-nın Türkiyəyə qarşı yeni hücum planı - GİZLİ SSENARİ
Bizi izləyin

Dünya

PKK-nın Türkiyəyə qarşı yeni hücum planı - GİZLİ SSENARİ

PKK terror təşkilatı yeni planların hazırlığına başlayıb. Budəfəki planlara PYD ilə yanaşı, HDP də daxil edilib.

Publika.az xəbər verir ki, Rakka şəhərində terrorçu Adullah Öcalanın posterlərinin asılmasının da bu planın bir parçası olduğu ortaya çıxıb.

PYD terrorçuları İŞİD-lə razılaşıb Rakkanı işğal etdikləri gün Öcalanın posterinı asmaqla yanaşı, “PYD bərabərdir PKK” sloqanları səsləndiriblər. Bu isə planın növbəti siqnalı olub.

ABŞ bu faktları inkar edir. Amma son məlumata görə, Bred Makqarkın da qatıldığı "Rakkanı xilasetmə bayramında" terrorçu liderin posteri məhz Vaşinqtonun təlimatı ilə asılıb.

Poster asılandan bir gün sonra isə amerikalı və kanadalı iki PYD terrorçusu kameralar qarşısına keçərək Öcalanı nəzərdə tutub “o, bizim liderimizdir, tez zamanda sərbəst buraxılmalıdır” - deyiblər. Başqa bir terrorçu isə “PYD ilə PKK eyni təşkilatdır” qışqırıb.

Jurnalistlər bu iki mübahisəli hadisə ilə bağlı ABŞ Xarici İşlər Nazirliyinin sözçüsünə sual versələr də, sözçü türk müxbiri “sən tərəfkeş mediasan” cavabı susdurmağa çalışıb.

PKK-nın bu gizli əməllərinə HDP də dəstək verməyə başlayıb. Onlar təşkilatın başçısının sərbəst buraxılmasına dair tvitter hesablarından dəstək mesajları paylaşıb.

Beləliklə, artıq HDP də PYD təşkilatı kimi PKK-ya dəstəyini gizlətməyib və eyni təşkilat içində olduqlarını deyib.

Bu planın yaradılmasının tək səbəbi PKK-nın Türkiyədə itirdiklərini ört-basdır etmək, kantonları birləşdirmək, terror koridoru qurmaq və Aralıq dənizinə açılmaq kimi suya düşən planları əvəzləməkdir.

Planların hədəfi isə PKK başçısı vasitəsilə Qərbdən dəstək almaq və küçə iğtişaşları yaratmaqdır. Təşkilat bu hədəfinə də çatmasa, PKK-nı ABŞ və Avropa İttifaqının qara siyahısından çıxarmağı sınayacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm