Türkiyə 17 ölkədəki səfirini geri çağırdı
Bizi izləyin

Dünya

Türkiyə 17 ölkədəki səfirini geri çağırdı

Türkiyənin 17 ölkədəki səfiri geri çağırılıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı qərar “Resmi Gazete”da dərc olunub.

Vəzifəsindən azad olunan diplomatların bir qismi Xarici İşlər Nazriliyinin sərəncamına götürülüb.

Geri çağrılanlar arasında Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü də var. O, ölkəsinin Belçikadakı səfiri təyin edilib.

Ankaranın Beliçikadakı təmsilçisi Mehmet Hakan Olcay da geri çağırılıb və Xarici İşlər Nazirliyində yeni vəzifəyə təyin edilib.

Rəsmi Ankara ümumilikdə 21 ölkəyə yeni səfir təyin edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm