Nursultan Nazarbayev latin əlifbasına keçid haqqında fərman imzaladı
Bizi izləyin

Dünya

Nursultan Nazarbayev latin əlifbasına keçid haqqında fərman imzaladı

Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax əlifbasının latın qrafikasına mərhələli keçidi haqqında fərman imzalayıb.

Publika.az xəbər verir ki, prezident Qazaxıstan əlifbasının latın qrafikasına keçirilməsi üzrə milli komissiyanın yaradılması barədə tapşırıq verib.

Bundan əlavə Qazaxıstan əlifbasının latın qrafikasına keçidini 2025-ci ilə qədər təmin etmək, əlifbaya keçidin təmin edilməsi üçün latın qrafikasına əsaslanmış qazax dilinin 32 hərfdən ibarət əlifbasının yaradılması fərmanda qeyd olunub.

Xatırladaq ki, Qazaxıstanda 1920-ci ilədək ərəb,1920-40-cı illərdə latın qrafikalı əlifbadan istifadə edib. 1940-cı ildən bu günə kimi isə 42 hərfli kiril qrafikalı əlifbadan istifadə edirdi.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm