ABŞ ETİRAF etdi: “Peşmərgə dostumuzdur”
Bizi izləyin

Dünya

ABŞ ETİRAF etdi: “Peşmərgə dostumuzdur”

ABŞ xarici işlər naziri Reks Tillerson İraqın baş naziri Heydər əl-İbadiyə müaricət edib.

Publika.az xəbər verir ki, R.Tillerson İraqı İranın təsirinə qarşı dirənməyə və öz ayaqları üzərində durmağa çağırıb.

O, bu barədə İsveçrənin Cenevrə şəhərində qatıldığı bir tədbirdə çıxış edib:

“Şimali İraqda keçən ay ortaya çıxan gərginlik bizi çox qayğılandırdı. ABŞ Bağdad və Kürd Muxtariyyəti bölgəsindəki dostlarımız da daxil, bütün iraqlıların dostudur. Son gərginliklə bağlı olaraq tərəflərin hələ də sülhpərvər bir həll yoluna çıxmamasından dolayı üzgünük”.

O, İbadi ilə yanaşı, İraq Kürd Muxtariyyəti lideri Məsud Bərzani ilə də telefonda danışdığını deyib və hər iki tərəfi sülhə dəvət edib:

“ABŞ birləşmiş, federal və demokratik bir İraq üçün Bağdad və Ərbilə sülhpərəvər və siyasi vasitəçilərlə dəstək verməyə hazırdır. Hər iki tərəfə də İraq və peşmərgə qüvvələri arasındakı qarşıdurmalardan qaçmaq üçün çağırış edirəm. Ayrıca, baş nazir İbadini İraq konsitutsiyası çərçivəsində müzakirə aparmaq üçün Ərbilin təklifini qəbul etməyə dəvət edirəm”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm