Düşmənin əsas yuvasına qurudan və havadan HÜCUM - Məhvetmə ƏMƏLİYYATI
Bizi izləyin

Dünya

Düşmənin əsas yuvasına qurudan və havadan HÜCUM - Məhvetmə ƏMƏLİYYATI

Şimali İraq Kürd Muxtariyyətinə qarşı İraq və İranla birgə hərəkət edən Türkiyə PKK-ya qarşı da bu ölkələrlə birlikdə əməliyyat keçirməyə hazırlaşır.

Publika.az
xəbər verir ki, xüsusilə Ankara və Tehran arasında PKK və terror təşkilatının İran qolu olan PJAK-ı məhv etmə əməliyyatı müzakirə edilir.

“Yeni Şəfəq” qəzetinin əldə etdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri İranın Baş Qərargahı ilə birgə PKK-nın əsas yuvası olan Qəndilə əməliyyat keçirmək üçün hazırlığa başlayıb.

1990-cı ildən başlayaraq, Türkiyə ordusu sərhəd xaricində PKK-ya qarşı əməliyyatlar keçirir. Lakin bir çox hallarda terror qruplaşması qaçaraq İran tərəfinə keçdiyi üçün ciddi zərbə endirə bilmir. Çünki PKK-nın əsas yuvası olan Qəndil dağının yarısı İran sərhədləri içindədir. PKK terrorçuları türk əsgərindən qaçaraq, İran Qəndili üzərindən Urmiyaya və Şeydan düşərgəsinə keçir, oradan da yenidən Şemdinli Yüksekova xəttindəki bölgələrə hücum edirdi. İndiyə qədər Ankara dəfələrlə xəbərdarlıq etsə də, Tehran PKK-ya qarşı ciddi addım atmırdı. Lakin Məsud Bərzaninin keçirdiyi referendum bölgədə bütün kartları qarışdırdı və hazırda PKK Türkiyə qədər İran üçün də ciddi təhdiddir.

Ankara Qəndili təmizləmək üçün Tehrandan ilk olaraq iki şey istəyir: terrorçuların qaçmaması üçün sərhədlər bağlansın; terrorçu liderlər İranda gizlənə bilməsin və onlar həbs edilərək Türkiyəyə verilsin.

Bu istəklər Tehran tərəfindən qəbul ediləcəyi təqdirdə Qəndil daha PKK üçün “təhlükəsiz bölgə” olmayacaq. Terror qruplaşmasını tamamilə məhv etmək üçün başlanacaq əməliyyat həm qurudan, həm də havadan həyata keçiriləcək.

Əməliyyat zamanı İran tərəfinin sərhədləri bağlaması, Türkiyə ilə məlumat mübadiləsi aparması, artilleriya və lazım olarsa, quru qoşunları ilə dəstək verməsi gözlənilir. İraq ordusu da əməliyyata dəstək verəcək. Qəndildən qaça biləcək terrorçuların İraqın daxili bölgələrinə keçə bilməsinin qarşısı alınacaq. Qəndildən sonra növbəti hədəf PKK-nın yuva qurduğu Mahmur və Sincar bölgələri olacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm