Fransadan şok addım: İŞİD terrorçularına 2 milyon avro yardım
Bizi izləyin

Dünya

Fransadan şok addım: İŞİD terrorçularına 2 milyon avro yardım

İŞİD terror təşkilatına qatılan fransalıların Suriya və İraqda ikən dövlətlərindən sosial yardım aldıqları ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu barədə Fransanın “LE Figaro” qəzeti məlumat yayıb.

Təşkilata qatılan fransızların 20%-i Suriyaya keçmədən öncə dövlətdən aldıqları sosial yardımları aktiv terrorçuluq fəaliyyətinə başlayandan sonra da almağa davam etdikləri bildirilib.

Normal standartlarda vətəndaşın yalnız özünün ala biləcəyi yardımlar müxtəlif üsullarla terrorçuların yaxınları tərəfindən götürülüb və cəbhədəki İŞİD-çilərə göndərilib.

Bu əməliyyat 2016-cı ildən etibarən 190 nəfər tərəfindən 420 dəfə həyata keçirilib. Beləliklə, Fransadan Suriya və İraqda savaşan terrorçularına toplamda 2 milyon avro göndərilib.

Qeyd edək ki, 2015-ci ildə Fransada meydana gələn terror hücumlarından sonra bu ölkədən 700 nəfər İŞİD terror təşkilatının sıralarına qatılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm