İraq ordusu Bərzani ilə razılaşdı - YENİLƏNDİ
Bizi izləyin

Dünya

İraq ordusu Bərzani ilə razılaşdı - YENİLƏNDİ

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin sözçüsü Rayn Dillon atəşkəs barədə açıqlama yayıb.

Publika.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, atəşkəsin təmin ediliyini təsdiqləyib.

R.Dillon atəşkəsin uzadılması ilə tərəflərin diqqətini İŞİD terror təşkilatı ilə mübarizəyə yönəldə biləcəyini deyib.

Peşmərgə qüvvələrinin Kərkükün qərb cəbhəsindəki komandiri Kamal Kərküki isə “Sputnik” saytına açıqlamasında dünən gecədən bəri silahlı toqquşmaların dayandığını və bundan sonra qarşıdurma yaşanmayacağına dair razılaşma əldə edildiyini bildirib.

Komandir razılaşmanın əldə edilməsində Amerika və Rusiyanın böyük payının olduğunu vurğulayıb.

O, eyni zamanda İraq ordusunun hücum edəcəyi halda peşmərgənin qarşılıq verəcəyini də gizlətməyib.

***

ABŞ-ın İŞİD terror təşkilatı ilə mübarizə koordinasiyası ofisinin media departamenti açıqlama yayıb.

Publika.az xəbər verir ki, açıqlamada bildirilir ki, İraq ordusu peşmərgə qüvvələri ilə atəşkəs imzalanması üçün razılığa gəlib. Razılaşma iki tərəf arasındakı bütün cəbhələri əhatə edir.

***

Peşmərgə ilə razılıq əldə olunub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki,İraq ordusu peşmərgə qüvvələri ilə atəşkəs elan etmək üçün razılığa gəlib.

Qeyd edək ki, Kürd Muxtariyyəti lideri Məsud Bərzaninin 25 sentyabrda keçirdiyi müstəqillik referendumu ilə İraqda iki həftədir silahlı qarşıdurmalar susmaq bilmir. İraq ordusu hazırda Türkiyə sərhədinə doğru irəliləyir.

Bütün yardımlarından və əsas qüvvələrindən məhrum olan Bərzani müstəqillik referendumunun dondurulması üçün Bağdada müraciət ünvanlayıb. Lakin Bağdad bu müraciəti geri çevirib.

İraqın Baş Naziri Heydər əl-ibadi referendumun ləğv olunmasını tələb edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm