.jpg)
“ABŞ Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə
sistemlərini almasına qarşı çıxır, çünki, öz təsirini itirmək
istəmir”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı ekspert
Aleksandr Jillin ABŞ və NATO-nun S-400-lə bağlı Türkiyəyə təzyiq
etməsini şərh edərkən bildirib.
Rusiyalı ekspert deyir ki, NATO bu gün hər kəsin “yeganə müdir”
olan Vaşinqtona boyun əydiyi düşərgədir: “Bu, “müdir” silahın
kimdən və nə qədər alınacağını müəyyənləşdirir. ABŞ “müdir” olduğu
düşərgədə təsirini itirmək istəmir. Buna görə də Türkiyəyə qarşı
çıxır”.
Onun sözlərinə görə, S-400-lər Türkiyəni qoruyacaq.
“Bir dəli baş əyməyən Türkiyəni vurmaq qərarına gəlsə, S-400-lər
buna imkan verməyəcək. Daha açıq danışsaq, bu sistem ABŞ-ın döyüş
təyyarələrini vuracaq”, - deyə o bildirib.
Asif