İran BMT-nin insan hüquqları ilə bağlı hesabatını qərəzli hesab edir
Bizi izləyin

Dünya

İran BMT-nin insan hüquqları ilə bağlı hesabatını qərəzli hesab edir

İran BMT-nin insan hüquqları ilə bağlı hazırladığı hesabatı qərəzli hesab edir.

Publika.az bildirir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi həftəlik mətbuat konfransında deyib. Bu barədə Azərtac məlumat yayıb.

Onun sözlərinə görə, hesabat qeyri-obyektiv hazırlanıb və həqiqəti əks etdirmir. Hesabatın siyasi xarakter daşıdığını bildirən B. Qasemi İranda insanların hüquq və azadlıqlarının qorunduğunu bildirib.

Xatırladaq ki, BMT-nin “İranda insan hüquqlarının vəziyyəti” ilə bağlı hazırladığı hesabatda İranda insan hüquqlarının kütləvi şəkildə pozulması, ölkədə edam hökmünün hələ də qüvvədə qalması göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm