Fransa da Kataloniyanın müstəqilliyini tanımadı
Bizi izləyin

Dünya

Fransa da Kataloniyanın müstəqilliyini tanımadı

Fransa hakimiyyəti Kataloniyanın müstəqilliyi haqqında qətnaməni tanımır və dialoqu ancaq rəsmi Madridlə aparmaq niyyətindədir.

Publika.az Report-a istinadən bildirir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

“Mən Kataloniyada baş verənləri narahatlıqla izləyirəm. Fransa İspaniyanı vahid və güclü görmək istəyir. Bizim bircə həmsöhbətimiz var – İspaniya hökuməti”, - deyə nazir bildirib.

Bu səbəbdən fransalı nazir İspaniya konstitusiyasına hörmətlə yanaşmağın və qanunun aliliyinin vacibliyini vurğulayıb.

“Fransa Kataloniya parlamenti tərəfindən qəbul edilən müstəqillik haqqında qətnaməni tanımır”, - deyə o əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm