Pxenyan Vaşinqtona dərhal cavab verdi - "Əsassızdır"
Bizi izləyin

Dünya

Pxenyan Vaşinqtona dərhal cavab verdi - "Əsassızdır"

ABŞ-ın Şimali Koreya ordusunun bir sıra yüksək rütbəli zabitləri və bəzi hökumət nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməsi Pxenyan tərəfindən etirazla qarşılanıb. Bu barədə metbuat.az məlumat yayıb.

Publika.az bildirir ki, qadağaların əsassız olduğu bildirilib. Xatırladaq ki, ötən gün ABŞ-ın Maliyyə Nazirliyi Şimali Koreya ordusunun bir sıra yüksək rütbəli zabitləri və bəzi hökumət nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib.

Bildirilir ki, qadağaların tətbiq edilməsinə səbəb onların insanlara qarşı hüquq pozuntularına yol verməsidir. İddialara görə, həmin rəsmilərin göstərişi ilə çox sayda insan zorla müxtəlif işlərə cəlb edilib, işgəncəyə məruz qalıb və edam edilib.

Həmçinin qeyd olunub ki, Şimali Koreyanın Kəşfiyyat qurumları xaricdə yaşayan ölkə vətəndaşlarını izləyərək, başqa dövlətlərdən sığınacaq istəyən şəxslər barəsində sərt addımlar atır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm