Dünya
Hökumət ləğv edilir, 141 nəfər vəzifədən uzaqlaşdırılır - Kataloniyada SON DURUM
İspaniya hökuməti Kataloniya Muxtar Vilayətinin idarəçiliyindəki 141 nəfəri vəzifəsindən kənarlaşdıracaq.
Publika.az xəbər verir ki, hökumət bu qərarı konsitutsiyanın 155-ci maddəsi əsasında qəbul edib.
Vəzifədən kənarlaşdırılacaq şəxslər arasında Kataloniya hökumətinin rəhbəri Çarlz Puiqdemont, köməkçisi Oriol Cunqeras və 11 yerli nazirlə yanaşı, Daxili İşlər Nazirliyinin katibi Cesar Puik və polis birliyinin başçısı Pere Soler də var.
Bundan başqa, Kataloniyanın Almaniya, Fransa, İsveçrə, İngiltərə, İrlandiya, Avstriya, İtaliya və ABŞ-dakı təmsilçiləri və “Diplokat” adlı qurum bağladılacaq. Bu qurumların heyəti də işdən azad ediləcək.
Digər tərəfdən, hökumətin elan etdiyi müstəqillik qərarını rəsmi qəzetlərdə yayımlayan yerli hökumət üzvləri və səlahiyyətli nümayəndələr avtomatik olaraq vəzifədən uzaqlaşdırılacaq.
Kataloniya hökumətinin rəhbəri Çarlz Puiqdemont vəzifəsindən uzaqlaşdırıldığı zaman buna etiraz edərsə, ictimai vəzifəni zorla əldə saxlamaqda təqsirləndiriləcək.
Zümrüd
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!